AZ

Bərdə sakinindən 3 kq tiryək aşkarlanıb

Bərdədə polisin keçirdiyi əməliyyat tədbiri zamanı 3 kiloqram tiryək aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb. Onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
9
15
operativmm.az

10Mənbələr