AZ

“Ermənistan üçün KTMT-yə alternativ yoxdur” - Rusiyanın Ermənistandakı səfiri

“Ermənistanın KTMT-də yığılıb qalan məsələlərinin kompromis həll yollarını müttəfiqlər çərçivəsində danışıqlar yolu ilə tapmaq olar”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “RİA Novosti”yə müsahibəsi zamanı deyib.

“Biz KTMT müttəfiqləri çərçivəsində danışıqlar masası arxasına əyləşə və birgə tərəfdaşlıq şəraitində bütün yığılmış məsələlərin kompromis həll yollarını tapa bilirik. Yeri gəlmişkən, bu məsələlərdə suveren seçim də bizim erməni tərəfdaşlarımıza məxsusdur”, - deyə diplomat vurğulayıb.

Kopirkin bildirib ki, hazırda regionda Ermənistanın təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edəcək alternativ etibarlı mexanizm yoxdur. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında ölkəsinin KTMT-dəki iştirakını dondurduğunu elan edib.

 

Daşqın HəsənovMkssiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr