AZ

Bir meymuna görə bütün ölkə işıqsız qaldı

Şri-Lankada meymunun elekrik yarımstansiyasına daxil olması səbəbindən bütün ölkə işıqsız qalıb. 

Hadisə ölkənin Kolombo adlı bölgəsində qeydə alınıb.

Şri-Lankanın energetika naziri Kumara Jayakody bildirib ki, meymun şəbəkə tranformatoruna zərər vurub. Nəticədə ölkənin xəstəxana və müəssisələri fəaliyyətini generatorlarla davam etdirməli olub. 

Hadisədən üç saat sonra ölkənin bəzi hissələrində elektrik enerjisinin verilişini bərpa etmək mümkün olub. Hazırda digər bölgələr üzrə işlər davam etdirilir.(Qafqazinfo)

Seçilən
1
5
oxu24.com

6Mənbələr