Kriştiano Ronaldo heç vaxt ABŞ-də oynamasa da, populyarlığı bu ölkədə də kifayət qədərdi.
Nyu Yorkda ona heykəl qoyulub.
“Əl-Nəssr”in və Portuqaliya yığmasının hücumçusunun heykəli böyük şəhərin mərkəzi Tayms meydanında ucaldılıb. Ulduz futbolçu abidədə milli formada, həmçinin işarə barmağı dodaqlarına yapışdırılmış vəziyyətdə təsvir olunub.
Bu heykəl Ronaldonun fevralın 5-də qeyd etdiyi 40 illik yubileyi şərəfinə ucaldılıb. 3,65 metr hündürlüyündə olan bürünc abidə heykəltəraş Serxio Furnari tərəfindən hazırlanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta