AZ

Aortanın protezləşdirilməsi nəticəsində neçə nəfər ölümdən xilas olub ?

Bakı. Trend:

2024-cü ildə icbari tibbi sığorta ilə aorta anevrizmalarınınprotezləşdirilməsi ilə bağlı 256 əməliyyat icra olunub.

Trend xəbər verir ki, bu barədə İcbari TibbiSığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 143-ü abdominal aortaya digər qreftinendovaskulyar implantasiyası (EVAR) və torakal aortaya qreftinendovaskulyar implantasiyası (TEVAR) adlanan qapalı üsullarla icraolunub. 113 əməliyyat isə aortal qapağın açıq və digər yolla toxumaqrefti ilə dəyişdirilməsi ilə bağlı olub.

Qeyd edək ki, aorta anevrizmasının icbari tibbi sığorta iləmüayinə və müalicəsi TƏBİB-in tabeliyindəki dövlət tibbmüəssisələrində, Səhiyyə Nazirliyinin Akad. M.A.Topçubaşov adınaElmi Cərrahiyyə Mərkəzində, göndəriş vərəqəsi əsasında isə İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibbmüəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki)icra olunur.

Seçilən
20
az.trend.az

1Mənbələr