AZ

“Turan Tovuz”dan hakim qərarlarına etiraz - VİDEO

Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”la keçirilən oyun “Turan Tovuz”un narazılığına səbəb olub. 

“Cebheinfo.az” xəbər verir ki, Tovuz klubu bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Onlar qarşılaşmadakı hakim qərarlarına etirazlarını bildiriblər: “Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. 

AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin “Sabah” – “Turan Tovuz” oyununda hakimliklə bağlı fikirlərini səbirsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”.

Qeyd edək ki, oyun “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Cebheinfo.az”

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr