Azərbaycan Xorvatiyada keçirilən Yunan-Roma güləşi üzrə reytinq turnirində ikinci olub.
Zaqrebdə (Xorvatiya) yunan-Roma güləşi üzrə ilin ilk reytinq turniri başa çatıb.
"Operativ Media" xəbər verir ki, komanda hesabında Azərbaycan yalnız İrana (147) uduzaraq 2-ci (134 xal) olub. Macarıstan (119) isə ilk 3-lüyü tamamlayıb.
Azərbaycanı 20 klassik güləşçi təmsil edib ki, onlardan beşi medal qazanıb (1-0-5). Yeganə qızıl medalı Elmir Əliyev (55 kq) qazanıb..