AZ

Əfv Komissiyasının iclasları başlayır - Nə qədər məhbus həbsxana divarlarını tərk edəcək?

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir.

Komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl deputat Siyavuş Novruzov Azərbaycanda Amnistiya Aktının qəbulunu təklif etmişdi.

Ehtimallara əsasən, Novruz bayramında ölkədə böyük əfv və amnistiya həyata keçiriləcək.


Telegram kanalımız
Seçilən
40
17
yenisabah.az

10Mənbələr