ABŞ Prezidenti Donald Tramp Kanadanın ölkənin 51-ci ştatı olmasının "daha yaxşı olacağını" söyləyib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp Amerika Futbol Liqasının (NFL) çempionluq oyunu olan Super Bowl oyunundan əvvəl "Fox News"-a açıqlamalar verib.
Prezident Tramp "Düşünürəm ki, Kanadanın 51-ci əyalət olması çox daha yaxşı olardı, çünki biz Kanada ilə ildə 200 milyard dollar itiririk. Mən buna imkan verməyəcəyəm. Nə üçün biz Kanadaya ildə 200 milyard dollar subsidiya ödəyirik?",-deyib.
Digər tərəfdən, Tramp Kanada və Meksikadan tarifləri bloklamaq üçün kifayət qədər hərəkət görmədiyini söylədi.