AZ

"Adana Dəmirspor"un prezidenti postundan ayrıldı - "Qalatasaray"la oyuna görə

Türkiyənin "Adana Dəmirspor" futbol klubunun prezidenti Bedirhan Durak istefaya getdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, o, qərarını sosial şəkəbə hesabından paylaşım edərək bildirib.

Klub funksioneri bu addımı Super Liqanın son turu çərçivəsində dünən keçirilən “Qalatasaray”la oyundan sonra atıb. Durak komandasının meydanı tərk etməsinə etiraz əlaməti olaraq klubdan ayrılıb.

Qeyd edək ki, "Adana Dəmirspor" komandası ötən gün Superliqanın XXIII turunda "Qalatasaray"la oyunu yarımçıq tərk edib. Adana təmsilçisi hakimin penalti qərarına etiraz əlaməti olaraq meydanı tərk etdiyri üçün qarşılaşma yarımçıq qalıb. 

Seçilən
1
fanat.az

1Mənbələr