AZ

İnsan kapitalının inkişafı Azərbaycanın iqtisadi artımı üçün əsas vəzifədir - Dünya Bankı

Bakı. Trend:

İnsan kapitalının inkişafı Azərbaycanın iqtisadi artımı üçünəsas vəzifədir.

Trend xəbərverir ki, bu barədə bu gün Dünya Bankının Cənubi Qafqaz üzrəregional direktoru Roland Prays Dünya Bankının "World DevelopmentReport" (Dünya İnkişafı haqqında Hesabat) adlı hesabatının Bakıdakeçirilən təqdimatı zamanı etdiyi çıxışda danışıb.

“1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir 110 ABŞdolları təşkil edirdi. 2023-cü ilə Azərbaycan artıq orta səviyyəligəlirləri olan ölkəyə çevrilib - adambaşına düşən gəlirlər 60 dəfəartıb – Atlas metodu ilə ümumilli gəlir 6660 dollar təşkil edib.Azərbaycan nəzərəçarpan nəticələrə nail olmaq üçün öz təbiiresurslarından uğurlu şəkildə istifadə edir. Lakin Azərbaycanınambisiyaları bundan da ötədir. Yüksək-gəlirli ölkəyə çevrilmək üçüntəkcə fiziki investisiya tələb olunmur, eyni zamanda insankapitalının davamlı inkişafı, istedadların ölkədə saxlanılması vəiqtisadiyyatın şaxələndirilməsinə vasitəçilik edən institusionmöhkəmləndirmə işləri də az vacib deyil”, - deyə o bildirib.

Praysın sözlərinə görə, bir çox ölkələr durğunluq mərhələsiniyaşamaqdadırlar və orta gəlirli ölkələrdən, yüksək gəlirli ölkələrkateqoriyasına böyük çətinliklə keçirlər.

“1990-cı illərdən bəri orta-gəlirli ölkələrdən yalnız 34-ü bukeçidi həyata keçirə bilib. Qalanları - 108 ölkə 2023-cü ilinsonuna orta gəlir “tələsinə” düşüb. 1970-ci ildən bəri orta gəlirsəviyyəsi olan ölkələrdə adambaşına düşən orta gəlir heç vaxtABŞ-nin orta gəlir səviyyəsini 10 faizdən çox ötə bilməyib”, - deyəo bildirib.

Praysın sözlərinə görə, hesabatda müasir şəraitdə yüksək gəlirliölkə statusuna nail olmağın daha çətin olacağı bildirilir. Bununəsas səbəbləri inkişaf etməkdə olan ölkələrdə yüksək borclanmasəviyyəsi, əhalinin qocalması və inkişaf etmiş iqtisadiyyata malikölkələrdə artan himayəçilik siyasətidir.

O qeyd edib ki, Dünya bankı 1978-ci ildən bəri hər il Dünyainkişafı haqda hesabatı dərc edir. Dünya inkişafı haqda dərcolunmuş hər bir hesabat iqtisadi inkişafın bu və ya digəraspektlərinin dərin təhlilinin məhsuludur. "Dünya İnkişafı Haqqındahesabatlar" Dünya Bankının inkişaf problemlərinin araşdırılmasınaverdiyi ən mühüm töhfələrdən biri hesab olunur.

Məqalədə:
Seçilən
4
1
az.trend.az

2Mənbələr