AZ

Baş nazir Trampa “Qızıl samuray dəbilqəsi” hədiyyə etdi

Yaponiyanın baş naziri Şigeru İşiba ABŞ prezidenti Donald Trampa Ningyouno Hanafusa Co şirkətinin istehsalı olan qızıldan hazırlanmış kabuto samuray dəbilqəsini hədiyyə edib.

  Manset.az xarici mediaya istinadən xəbər verir ki, iki lider arasında görüş Vaşinqtonda baş tutub.

Bildirilib ki, hədiyyə ideyası cənab İşibaya yapon hərbi liderindən bəhs edən Amerika serialı “Şoqun”un populyarlığı səbəbindən gəlib. 

Dəbilqənin istehsalçısı Ningyouno Hanafusa bildirib ki, onun eni 57 sm, hündürlüyü 81 sm-dir. Hədiyyənin qiyməti 168 min yen (1100 dollar) təşkil edir. Şirkətin prezidenti Tomoya Hanafusa bildirib ki, şirkət ötən ilin noyabrında Yaponiya Xarici İşlər Nazirliyindən qızıl samuray dəbilqəsi sifarişi alıb. 

Qeyd edək ki, Yaponiyanın baş naziri Donald Trampla şəxsən görüşmək üçün ABŞ-yə səfər edən ikinci dünya lideri oldu. Vaşinqtona ilk səfər edən İsrail hökumətinin başçısı Benyamin Netanyahu olub.

 

Seçilən
14
2
manset.az

3Mənbələr