AZ

ABŞ Azərbaycanın dediyini təsdiqlədi - Maskın simasında

Əslində hadisədir. ABŞ-nin yeni administrasiyasının yüksək vəzifəlisi “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamağa çağırış edib. O həm də milyarder İlon Maskdır. O həm də ABŞ-nin idarə olunmasına məsul şəxsdir. 

Hansı prizmadan baxaq? Olsun birinci demokrtatiya, söz azadlığı. Pozdumu? ABŞ-nin yüsək rəsmisi ölkəsinin bəyan etdiyi azadlıq hayqırtısına qarşı çıxmış oldu. Elə hayqırtıdır: İki məşhur media orqanı bağalana bilər. 

İkinci prizma həqiqətən o media orqanlarının təhlükəli fəaliyyət göstərməsidir. Hər ikisini özləri deyir. 

Biz də deyirdik. “Azadlıq radiosu” və “Amerikanın səsi” Azərbaycanla bağlı məsələlərdə media-davranış qaydalarını dəfələrlə pozanda, bizlər bunu yazanda Bayden hakimiyyəti əksini isbatlamağa çalışırdı. Biz ölkəmizdə media adı altında təhlükəli oyunlar quranlara qarşı sərt tədbirlər görəndə prosesi demokratiyaya qarşı dəyərləndirənlər deyəsən dəyərləri qarışdırıblar. 

ABŞ Azərbaycanın dediyini təsdiqlədi. Hörmətli Tramp hakimiyyətinə ümid var. Hələ seçkilər dönəmində Azərbaycan dövləti ən yüksək səviyyədə Tramp barədə fikirlərini açıqlayıb. 

Əlbəttə, heç bir media orqanı bağlanmasın. Media orqanı özünü media kimi aparmağı bacarsın. Biz bunu deyirik. Hörmətli ABŞ, siz də eynisini söyləyirsinizsə, sadə reaksiya verək: "Nə xoş bizə"! 

Jurnalist Ekspert Mərkəzi

Seçilən
5
3
missiya.az

4Mənbələr