AZ

Avropa və Mərkəzi Asiya şirkətlərinin regional bazarlara inteqrasiyası son dərəcə vacibdir - Dünya Bankı

Bakı. Trend:

Avropa və Mərkəzi Asiya şirkətlərinin dünya iqtisadiyyatına vəregional bazara inteqrasiyası son dərəcə vacibdir.

Trend xəbərverir ki, bunu bu gün Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrəbaş iqtisadçısı İvaylo İzvorski Dünya Bankının “World DevelopmentReport “ (Dünya İnkişafı haqqında Hesabat) adlı hesabatının Bakıdakeçirilən təqdimatı zamanı etdiyi çıxışda bildirib.

“Avropada və Mərkəzi Asiyada həddən ziyadə çox kiçikmüəssisələrin fəaliyyəti müşahidə olunur. Problem ondadır ki,şirkətlər böyümədikləri təqdirdə, onlar xarici texnologiyalarımənimsəyə bilmirlər və innovasiyalar üçün lazımi miqyasa malikolmurlar. Çox vaxt əsas maneə - məhdud bazar olur. Bazar kiçikolanda, şirkətlər genişlənmirlər. Ona görə də, dünyaiqtisadiyyatına və regional bazarlara inteqrasiya son dərəcəvacibdir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bununla belə, biznesin genişlənməsi heç dəhər zaman səmərəliliyin artımına yol açmır. Bir çox iri şirkətləraşağı məhsuldarlılıq nümayiş etdirir. Dövlət müəssisələrinin təsiriregion üçün əsas problemlərdən biri olaraq qalır – bu şirkətlərhələ də həddindən artıq təsirlərə malikdirlər.

“Məsələn, energetika sektorunda dövlət müəssisələri nəqlin 100faizini, bərpaolunmayan yanacaqdan elektrik enerjisi istehsalının80 faizini və paylamanın təxminən 70 faizini nəzarətdə saxlayır.Mərkəzi Asiyanın bəzi ölkələrində isə dövlət müəssisələrininrəqabətli sahələrdə, məsələn çörək sexləri və mağazalar– payı 70-80faizə çatır,” – deyə İ. İzvorski bildirib.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr