AZ

"Turan Tovuz" hakim idarəetməsindən narazıdır - VİDEO

"Turan Tovuz" Misli Premyer Liqasının 22-ci turunda "Sabah"la matçdakı hakim qərarlarından narazıdır. 

Apasport.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında paylaşım edilib.

Klub futbolçularına qarşı qayda pozuntularının lentə alındığı video paylaşıb. 

"Turan Tovuz" hakimlikdən narazıdır

"Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.

AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin "Sabah" - "Turan Tovuz" oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"

"Sabah" - "Turan Tovuz" matçı

Misli Premyer Liqasının 22-ci turunda "Sabah" evdə "Turan Tovuz"u qəbul edib. Qonaqlar matçın 15-ci dəqiqəsində hesabı açsalar da, üstünlüyü qoruyub saxlaya bilməyiblər. Nəticədə Masazır təmsilçisi 2:1 hesablı qələbə qazanıb. 

"Sabah" - "Turan Tovuz" matçının hakim təyinatları

Matçın start fitini İnqilab Məmmədov səsləndirib (bax). VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Eyyub İbrahimov olub.

"Araz-Naxçıvan" "Kəpəz"ə qarşı - YENİLƏNİR

Ülvi İsgəndərov: “Təklif gələrsə, dəyərləndirərəm”

Vasili Berezutski: “Birinci hissədə hardasa çəkinərək oynadıq”

Kurban Berdiyev: “Artıq yoruldum deməkdən ki…”

“Sabah”dan əzmkar qələbə - YENİLƏNİB

Seçilən
10
apasport.az

1Mənbələr