Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı XQ DİN mətbuat xidmətinə istinadən verib.
Fevralın 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı və 10 tüfəng aşkar edərək götürüblər.
P.ƏMİRCANOV
XQ