AZ

SEPAH Hörmüz boğazını bağlaya biləcəyini iddia edib

GünazTV İran rejiminə bağlı “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbasda jurnalistlərə açıqlamasında söyləyib.

“Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlaya bilərik. Lakin biz özümüz boğazdan istifadə etdiyimiz müddətdə bunu etməyəcəyik”, – o iddia edib.

Komandan vurğulayıb ki, ABŞ İran neftinin ixracını dayandırmaq məqsədinə nail ola bilməyəcək. O, Tehranın qarşısında regional sabitliyi və İran neft və qazının təhlükəsiz ixracını təmin etmək kimi əsas məqsədlərin durduğunu xatırladıb.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətinin bərpasını nəzərdə tutan fərman imzalamışdı. Bundan sonra Tramp İranla silahlı qarşıdurmaya getmək niyyətində olmadığını və qarşıdurmadan qaçmaq üçün Tehranla İran nüvə problemi üzrə saziş bağlamaq istədiyini açıqlamışdı.

visiontv.az



Seçilən
45
11
visiontv.az

10Mənbələr