Məşhur aktyor Burak Özçivitin yeni üslubu və sosial şəbəkədəki paylaşımları ilə pərəstişkarlarının diqqətini çəkməyə davam edir.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, bir müddət əvvəl Rusiyada istirahətindən fotolar paylaşan aktyor yeni üslubu ilə izləyicilərini heyran edib.
Rusiyanın paytaxtı Moskvaya gedən və orada tətil edən Burak Özçivit xəz papaq taxaraq soyuq havaya qarşı tədbir görüb.
Hətta təyyarədən endiyi anları belə paylaşan aktyor hər anını izləyiciləri ilə paylaşıb. Məşhur aktyora çoxlu ürəkaçan şərhlərlə yanaşı, "Papaq haradandır?" şərhlər də gəlib.