AZ

U-17 millimiz Belarusa gedir - İnkişaf Kubokuna görə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

U-17 fevralın 14-dən 22-nə qədər Belarusun paytaxtı Minskdə gənclər arasında UEFA İnkişaf Kuboku turnirində iştrak edəcək.

Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.

Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

Millimizin heyəti və oyunlarının təqvimi ilə sizi tanış edirik:

  1. Rauf Əyyubov – Sabah FK
  2. Elbrus Kərimov – Marcet FU (İspaniya)
  3. Murad Qurbanov – Zirə FK
  4. Amin Rzayev – Qarabağ FK
  5. Həzrət Səmədov – Sabah PFK
  6. Tunar Muradov – Turan Tovuz PFK
  7. Tuncay Əhmədov – Marcet FU (İspaniya)
  8. Fərid Cabbarlı – Zirə FK
  9. Nadir Nəsibli – Marcet FU (İspaniya)
  10. Muhamməd Çodarov – Marcet FU (İspaniya)
  11. İbrahim Xəlilov – Sabah FK
  12. Əli Qazibəyov – Qarabağ FK
  13. İmran Suleymanzadə – Zirə FK
  14. Ariz Kərimov – Qəbələ FK
  15. Abdulaziz Cabbarlı – Qarabağ FK
  16. Əhliman Süleymanzadə – Zirə FK
  17. Emil Usubov – Zirə FK
  18. Tunar Rzayev – Marcet FU (İspaniya)
  19. Əhməd Vəliyev – Qarabağ FK
  20. Əli İbrahim – Qarabağ FK

16 fevral
16:10. Rusiya – Azərbaycan

17 fevral
12:00. Azərbaycan – İran

19 fevral
14:20. Qazaxıstan – Azərbaycan

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Seçilən
48
4
arena.az

10Mənbələr