AZ

FHN Yevlax Dəmiryol Stansiyasında təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax Dəmiryol Stansiyasında təlim keçirilib.

Təlimə FHN-in Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidməti Yevlax rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası, ADY-nin mülki müdafiə qüvvələri, eyni zamanda yanğınsöndürən və fövqəladə hallar qatarı, Yevlax şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, yerli Hərbi Polis bölməsi və Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd cəlb olunan qüvvələrin mümkün fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına məsul əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və peşə qabiliyyətinin yüksəldilməsi olub.

Təlim zamanı sərnişin qatarı ilə yanacaq daşıyan yük qatarı və minik avtomobilinin şərti toqquşması hadisəsi və bu zaman həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər simulyasiya edilib. Belə ki, “qəza” zamanı “zərərçəkmişlər” xilasedicilər tərəfindən “xilas olunaraq ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təcili tibbi yardım briqadasına təhvil veriliblər. Sonra ərazidə baş vermiş şərti yanğın yanğınsöndürənlər tərəfindən “söndürülüb, ətraf tikililər yanğından mühafizə edilib”.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Seçilən
4
1
publika.az

2Mənbələr