Bakı. Trend:
Fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, səhər bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinli olacağıehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1°şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqinormadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyiəsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti,dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta,gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlamaehtimalı var.