İspaniya La Liqasının 23-cü turunda Sevilya ilə səfər oyununda 4:1 hesablı qələbə “Barselona” üçün rekordla əlamətdar olub.
Arena.az bu barədə “OptaJose” dərgisinə istinadən məlumat verir.
Bu qələbə sayəsində “Barsa” 2025-ci ildə bütün yarışlar çərçivəsində keçirdiyi ilk 11 oyunda vurduğu qolların sayını 41-ə çatdırıb. Bu da öz növbəsində XXI əsrdə klubun məhsuldarlıq rekordudur.
Yeni ilin ilk 11 oyununda “Barselona”nın vurduğu mütləq qol sayı isə 1943-cü ildə qeydə alınıb. O vaxt ispan mütəxəssis Xuan Xose Noqesin çalışdırdığı “blauqrana” yeni ilin bütün yarışlar çərçivəsində ilk 11 oyununda rəqib qapılarından 42 top keçirmişdi.
Cari mövsümdə keçirdiyi 23 oyunda 48 xal toplamış “Barsa” İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. La Liqaya 50 xalla “Real” başçılıq edir.