AZ

"Azərbaycanın adambaşına düşən gəliri 30 ildə 60 dəfə artıb”

Azərbaycan son 30 ildə adambaşına düşən gəliri 60 dəfə artıraraq orta gəlirli ölkəyə çevrilib.

Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bankın 2024-cü il üzrə illik qlobal "Dünyanın İnkişafı haqqında Hesabat"nın (WDR) təqdimatı zamanı bildirib.

“1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir cəmi 110 ABŞ dolları təşkil edirdi. 2023-cü ildə bu göstərici Atlas metodu ilə hesablanaraq 6,66 min ABŞ dollarına çatıb. Azərbaycan bu nəticəyə nail olmaq üçün təbii resurslarından uğurla istifadə edib və bu, şübhəsiz ki, təsiredici nailiyyətdir”, - deyə o qeyd edib.

R.Prays əlavə edib ki, Azərbaycanın hədəfləri daha yüksəkdir: “Yüksək gəlirli ölkəyə çevrilmək üçün təkcə fiziki infrastruktura investisiya yetərli deyil. İnsan kapitalının inkişafı, istedadların ölkədə saxlanılması və iqtisadi diversifikasiyanı təşviq edəcək institutların gücləndirilməsi vacibdir”.

©report

Seçilən
9
valyuta.az

1Mənbələr