AZ

Tehranın Trampa qarşı sui-qəsdi barədə kitab nəşr olunacaq

İran hökumətinin Amerika Prezidenti Donald Trampa qarşı sui-qəsd planlarınının təfərrüatını açıqlayan "Qisas: Trampın hakimiyyətə qayıdışının pərdəarxası" adlı kitab aprel ayında nəşr olunacaq.

Kitabın müəllifi Aleks Eyzenştatdır.

Yeni kitab İranın Amerika prezidenti Donald Trampa qarşı sui-qəsd planının yeni məqamlarını üzə çıxararaq, Amerikanın son seçki kampaniyası zamanı İran rejiminin ona qarşı təhdidlərinin o zaman ictimaiyyətə açıqlandığından daha şiddətli olduğunu göstərib.

"İslam Respublikasından gələn təhdidlərin öhdəsindən gəlmək üçün Trampın komandası fövqəladə ehtiyat tədbirləri görüb, o cümlədən istənilən potensial hücumun qarşısını almaq üçün “aldadıcı təyyarə”dən istifadə edib",- kitabda qeyd olunub.

Kitabın müəllifi Axios xəbər saytına deyib ki: “Keçən il hüquq-mühafizə orqanları Trampa xəbərdarlıq etmişdilər ki, Tehran yer-hava raketlərinə çıxış əldə etmək üçün ABŞ-da əməliyyatçılar işə götürüb”.

Müəlifin yazdığına görə, İranın bu hadisələrlə əlaqəsinin qəti şəkildə sübutuna dair dəlillər olmasada, Trampın komandası onun “Tramp Force One” kimi tanınan şəxsi təyyarəsinə hücum ehtimalından son dərəcə narahat idi.

Aleks Eyzenştat bildirib ki, Trampın komandası hesab edirdi ki, İslam Respublikası onun şəxsi təyyarəsini uçuş və ya eniş zamanı hədəfə ala bilər.

Müəllifin iddiasına görə, Trampın seçki qərargahının üzvlərinin dediyinə görə, bu hadisələrdən sonra o, ictimai tədbirlərində daha ehtiyatlı davranıb və o zaman SEPAH-ın Qüds Qüvvələrinin komandiri Qasım Süleimaninı öldürmək üçün hava hücumu əmri verdeyi barədə az danışıb.

Qeyd edək ki, 3 yanvar 2020-ci ildə SEPAH-ın Qüds qüvvələrinin komandiri Qasım Sülemaninin o vaxtkı ABŞ prezidenti Donald Trampın göstərişi ilə Bağdadda Amerikanın  raket hücumu nəticəsində öldürülməsindən sonra SEPAH komandirləri və İran rəsmiləri qısas alacaqları barədə dəfələrlə bəyanatlar səsləndiriblər.

visiontv.az



Seçilən
12
visiontv.az

1Mənbələr