Mourinyo maraqlı jesti ilə gündəm oldu -
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo bir azarkeşə unudulmaz gün yaşadıb. Metbuat.az xəbər verir ki, “Fənərbaxça”nın rəsmi “Youtube” kanalında paylaşılan videoda azarkeşin komanda avtobusunun yanında qaçaraq klubuna dəstək nümayiş etdirdiyi görüntülənib. Ardınca məşqçi Joze Mourinyo azarkeşi klubun avtobusuna dəvət edib. Azarkeş oyunçularla görüşmək fürsəti əldə edib və daha sonra komanda ilə birlikdə onların qaldığı oteldə yemək yeyib. Görüntülər maraqla qarşılanıb.