Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevralın 3-dən 9-dək yerinə yetirilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 78, tank əleyhinə 16 mina və 294 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay 787 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.