AZ

Tramp dost adlandırdıqlarını hədələyir, düşmən adlandırdıqları ilə əksinə görüşə biləcəyini söyləyir

ABŞ Prezidenti Donald Trampın heç bir açıqlaması və qərarı artıq təəccüb doğurmur. Ağ Ev sahibi dost adlandırdığı xarici həmkarını hədələyə, düşmən adlandırdığı həmkarıyla isə əksinə görüşə biləcəyini söyləyə bilər.

Tramp İranı bombalamayacağını və bu ölkənin Prezidenti Məsud Pezeşkianla görüşə bələcəyini söyləyib. Tramp doğru gediş edib, o bu açıqlamasıyla İranda fikir ixtilafını dərinləşdirib. İranın faktiki sahibi Əli Xamaneyi dərhal açıqlama verib ki, ABŞ-la heç bir razılaşmaya getmək düzgün deyil. Bununla Xameneyi Pezeşkiana xəbərdarlıq mesajı göndərib. Halbuki, Məsud Pezeşkian neytral ərazidə Trampla görüşdən imtina etməz. Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti də doğru gedişdir. Söhbətin təfərrüatları açıqlanmasa da, Trampın Putinə “müharibəni dayandır” sözlərini dediyini proqnozlaşdırmaq olar. Rusiyanın siyasi elita nümayəndələri və sıravi vətəndaşları Putinin qorxusundan düşündüklərini deməsələr də, bir çoxu müharibənin dayandırılmasının labüd olduğunu anlayır və onların ümidi Trampadır.

Elxan Şahinoğlu

visiontv.az



Seçilən
14
visiontv.az

1Mənbələr