AZ

Fransa süni intellektə 109 milyard avro yatıracaq

Fransa prezidenti Emmanuel Makron qarşıdakı illərdə süni intellektə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Makron süni intellekt sahəsində dövlət və özəl sektorlar arasında əməkdaşlığı təmin edəcək qlobal tənzimləməyə və ölkəsinin bu yeni tərəqqi dövrünə qoşulmasına çağırıb.

Makron, həmçinin Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gəncin olduğunu və bu rəqəmin 100 minə çatdırılacağını bildirib.

Seçilən
34
1
operativmm.az

10Mənbələr