AZ

Aİ-də Rusiya ilə əlaqəli neft tankerlərinin Baltik dənizində saxlanılması planı müzakirə olunur

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə əlaqəli neft tankerlərinin Baltik dənizində geniş miqyasda saxlanılmasına dair planları müzakirə edirlər.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ diplomatları və hökumət rəsmilərinə istinadən məlumat yayıb.

Əsaslandırma olaraq, ekoloji mühafizə və dəniz quldurluğuna qarşı mübarizə sahəsində beynəlxalq hüquqdan istifadə edilə və ya yeni milli normativ-hüquqi aktlar qəbul edilə bilər.

"Avropa ölkələri Moskvanın neft tankerlərinin Baltik dənizində geniş miqyasda saxlanılması ilə bağlı pərdəarxası danışıqlar aparırlar. Hazırda onlar bu səylərə hüquqi qüvvə vermək üçün yeni qanunlar da hazırlayırlar", - nəşr bildirib.

Mənbələr qeyd ediblər ki, müzakirə olunan təkliflər əsasən üç kateqoriyaya bölünür. Birincisi, konkret ölkənin hakimiyyət orqanları neft sızmaları kimi yerli ekologiyaya zərər verə biləcək Rusiya gəmilərini ələ keçirə bilərlər.

İkincisi, hakimiyyət orqanlarının sualtı kabellər də daxil olmaqla mühüm sualtı infrastruktura guya təhlükə yaradan gəmilərin saxlanılması üçün dəniz quldurluğu haqqında qanunlardan istifadə etmələri mümkündür.

MƏLUMAT YENİLƏNİR

Seçilən
8
report.az

1Mənbələr