AZ

Kənd təsərrüfatı naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Bakı, 10 fevral, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov fevralın 14-də saat 09:00-da Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Kürdəmir, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Kürdəmir, Ucar və Göyçay sakinləri Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 483 51 22) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

Seçilən
13
4
azertag.az

5Mənbələr