Nəsib Məhəməliyev: "Millətçi daşnaklar və kilsə Paşinyana ciddi təzyiq göstərir"
“Paşinyan diasporanın Ermənistanın daxili işlərinə müdaxiləsini məhdudlaşdırmağa çalışır”
Milli Məclisin üzvü Nəsib Məhəməliyev bunu News365.az-a açıqlamasında deyib.
"Son zamanlar Paşinyan diaspora ilə münasibətlərini açıq şəkildə ortaya qoyaraq istədiyini əldə etdi. O, Yəhudi diasporasından nümunə götürməyə və Ermənistan diasporasının ölkənin daxili işlərinə müdaxiləsini məhdudlaşdırmağa çalışır. Lakin bunu etmək elə də asan deyil, çünki Ermənistanda diaspora ilə sıx əlaqədə olan və ölkənin siyasi xəttinin formalaşmasında mühüm rol oynayan kilsə mövcuddur.
Kilsənin diaspora ilə birbaşa əlaqələri var və bu iki qüvvə – millətçi daşnaklar və kilsə – Paşinyana ciddi təzyiq göstərir."- deyə fikirlərini bildirib.