AZ

Burak Özçivit bu gün Kremldə çıxış edəcək - Fotolar

Türkiyəli aktyor Burak Özçivit yenidən Rusiyaya gedib.

Yenisabah.az xəbər verir ki, o, bu gün Kreml Sarayında çıxış edəcək. “Türk seriallarının musiqisi” adlı konsertdə Özçivit simfonik orkestrlə birlikdə mahnılar ifa edəcək. Gecənin aparıcısı rus aktyor İvan Çuykov olacaq. O, Özçivitə şəxsi və peşəkar həyatı ilə bağlı suallar ünvanlayacaq.

Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında rol alır.


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr