AZ

Yaqlandın yağlanması: O şərəfsizlik ordenini geri qaytar, Turbyörn!- Etiraz məqaləsi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Norveçə rəsmi səfəri çərçivəsində Avropa Şurasının keçmiş baş katibi və Norveçin keçmiş baş naziri Turbyörn Yaqlandla görüşüb. Nikol Paşinyanın naziri Yaqlandın sinəsinə Ermənistanın “Şərəf” ordenini taxıb.

Əvvəla, Ermənistanda belə bir adda orden olmasının özü absurddur.

Ermənistan özünü “dövlət” kimi təqdim edən faşist təşkilatıdır.

Azərbaycan torpaqlarını işğal etdiyinə, azərbaycanlıları milli və dini ayrıseçkilik zəminində qırdığına, didərgin saldığına, ölkəmizin maddi və mənəvi sərvətlərini taladığına görə cinayətlərini etiraf etməyib, rəsmən üzr istəməyib, təzminat ödəyəcəyini açıqlamayıb.

Belə bir dövlətin hansısa metal parçasını “Şərəf ordeni” adlandırması şərəfsizliyin başqa bir ifadəsidir.

Turbyörn Yaqlandın o şərəfsizlik simvolunu qəbul etməsi isə həm Avropa, həm Norveç, həm də insanlıq adına ləkədir, utancdır, xəcalətdir.

Yaqland sıradan bir adam deyil, bütün dediklərimi bilən, təhlil etməyi bacaran təcrübəli siyasətçidir.

O çox yaxşı başa düşür ki, İkinci Qarabağ Savaşından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş olsa da, Ermənistanın faşist və revanşist zehniyyəti Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan vermir. Belə bir ortamda onun münaqişə tərəflərindən birinin- Ermənistanın “yüksək dövlət mükafatı”nı qəbul etməsi, neytrallıqdan çıxaraq ermənipərəst bir mövqe nümayiş etdirməsinin ən bariz göstəricisidir. Bu, təkcə günümüzün məsələsi deyil, Avropa Şurası kimi Azərbaycanla münasibətləri tükdən asılı qalmış bir beynəlxalq təşkilatın ilk dövrlərdən bəri ölkəmizə qərəzli yanaşdığını gözlər önünə sərən faktdır.

Avropa Şurasının Baş katibi olmuş bir adama Ermənistan qarşısındakı xidmətlərinə görə orden verirsə, belə bir qurum Azərbaycanın önünə hansı üzlə, hansı həya ilə, hansı şərəflə çıxa bilər?

Seçilən
8
aznews.az

1Mənbələr