Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, Kahramanmaraşda bu günə qədər 174 min 145 müstəqil binanın təməli atılıb. 34 min 600 ev vətəndaşlara təhvil verilib. Kahramanmaraşın 2025-ci ilin sonuna qədər nümunəvi bir şəhərə çevrilməsi planlaşdırılır. Xüsusilə də Azərbaycan hökumətinin dəstəyi ilə inşa olunan Azərbaycan məhəlləsi buna bir nümunədir. MİDA və TOKİ-nin birgə təşəbbüsü ilə Azərbaycan məhəlləsində 1278 ev və 826 iş yerindən ibarət nəhəng bir kayihə icra olunur. İnşaat işlərinin qarşıdakı aylarda tamamilə bitəcəyi və insanların oraya köçürüləcəyi nəzərdə tutulur.
“Sadəcə binalar deyil – vəfanın, dostluğun və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Kahramanmaraş Valisi Mükerrem Ünlüer görülən işlərə görə Azərbaycan dövlətinə və Azərbaycan xalqına təşəkkür edib.
““Bir millət, iki dövlət” şüarı ilə hər zaman yan-yana, çiyin-çiyinə olduğumuz Can Azərbaycana Kahramanmaraşımıza etdikləri mənzil dəstəyi və verdikləri digər dəstək üçün təşəkkürümü bildirirəm. Kahramanmaraşımızın ən çətin günlərində heç bir tərəddüd güdmədən köməyə qaçan, yaralarımızı sarmaq üçün əlini deyil, ürəyini uzadan qardaş Azərbaycanımıza sonsuzadək minnətdarıq.
Sadəcə binalar deyil – vəfanın, dostluğun və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz. Çətin günlərimizdə yanımızda olan, qardaşlığımızı bir daha göstərən Azərbaycan dövlətinə və xalqına könüldən təşəkkür edirik. Bu qədim dayanışma və dostluq sonsuza qədər davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Təşəkkürlər Azərbaycan”, - deyə Kahramanmaraş valisi bildirib.
10Mənbələr
-
7news.azKahramanmaraş valisi: “Sadəcə binalar deyil – vəfanın və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz” ( 15370685)
-
demokrat.azKahramanmaraş valisi: “Sadəcə binalar deyil – vəfanın və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz” ( 15370047)
-
bizim.mediaKahramanmaraş valisi: “Sadəcə binalar deyil – vəfanın və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz” – ÖZƏL ( 15368413)
-
bizim.mediaKahramanmaraş valisi: “Sadəcə binalar deyil – vəfanın və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz” – ÖZƏL ( 15368509)
-
far.az21-ci əsrin fəlakəti - bərpa olunan Adıyaman, Kahramanmaraş və Hataydan REPORTAJ ( 15341321)
-
far.az21-ci əsrin fəlakəti - Adıyaman, Kahramanmaraş və Hataydan REPORTAJ ( 15340455)
-
report.az21-ci əsrin fəlakəti - Adıyaman, Kahramanmaraş və Hataydan REPORTAJ ( 15340055)
-
yeniazerbaycan.comKahramanmaraş valisi: Ümidvarıq ki, “Azərbaycan” məhəlləsinin açılışı iki ölkə liderlərinin iştirakı ilə olacaq ( 15251027)
-
day.azAzərbaycandan Türkiyəyə qardaş həmrəyliyi - Kahramanmaraş zəlzələsindən 2 il ötür ( 15248133)
-
xalqqazeti.azKahramanmaraş valisi: Ümidvarıq ki, “Azərbaycan” məhəlləsinin açılışı iki ölkə liderlərinin iştirakı ilə olacaq ( 15247867)