ABŞ prezidenti Donald Tramp Xəzinədarlıq Departamentinə sikkələrin zərb edilməsini dayandırması barədə göstəriş verdiyini açıqlayıb və bunu "israf"a əsas verib.
Tramp məsələ ilə bağlı “Truth” sosial media hesabından açıqlama verib.
ABŞ-ın uzun müddətdir qiyməti 2 sentdən çox olan sikkələr çap etdiyini bildirən Tramp, "Bu, böyük israfdır! Mən ABŞ Maliyyə Nazirimə yeni sentlərin istehsalını dayandırmağı tapşırmışam. Hər dəfə bir sent də olsa, böyük dövlətimizin büdcəsindən israfı aradan qaldıraq" ifadələrindən istifadə edib.