AZ

Goranboyun bu kəndində yeni transformator quraşdırıldı

Goranboy rayonunun Yeniyol kəndində 400-ə yaxın sakinin fərdi evi normal elektrik enerjisi ilə təmin edilib, 100-ə yaxın ailə üçün 100 kv gücündə transformator yarımstansiyası quraşdırılıb.

Viral.az xəbər verir ki, bu barədə 97 sayı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputat Anar Məmmədov özünün feysbuk hesabında məlumat verib.

“Bu münasibətlə kənd sakinləri ilə görüşüb, onları təbrik etdik, eyni zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə “Azərişıq” ASC-nin rəhbərliyinə və kollektivinə təşəkkürümüzü bildirdik”, – deyə o qeyd edib.

Son Yazılar:

Seçilən
11
1
viral.az

2Mənbələr