“Konsertöncəsi proqram hazırlayarkən ilk solo konsertim yadıma düşdü. Necə sevgi, nə qədər sayğı və məhəbbətlə illər keçdi”.
Publika.az xəbər verir ki, bu sözləri martın 8-də konsert verməyə hazırlaşan Xalq artisti Brilliant Dadaşova sosial media hesabında yazıb.
İlk konsertinin görüntülərini paylaşan sənətçi videodakı oğlanı axtardığını bildirib:
“Bu illərdə mən də böyüdüm və nəsilləri də musiqimlə böyütdüm... Nə xoş. Videonun sonundakı oğlanı tapın, deyin 8 mart konsertimdə gözləyirəm. Nəzərə alın, video 97-ci ilindir”.