Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Türkiyə Birinci Liqasında 23-cü turun matçları keçirilib.
"Operativ Media" xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” evdə “Keçiörengücü” ilə heç-heçə edib – 1:1.
Vüsal 87-ci dəqiqədə meydana çıxıb.
23 turdan sonra İsgəndərlinin komandası 33 xalla 9-cu pillədə qərarlaşıb. Liqanın lideri isə 48 xalla “Kocaelispor”dur.