AZ

18 yaşlı azərbaycanlı atlet ölkə rekordunu təzələdi

Azərbaycan atleti İsgəndər Əsgərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 Balkan çempionatında 800 metr məsafəyə qaçış üzrə ölkə rekordunu yeniləyib.

Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançı fevralın 8-də baş tutmuş yarışda 1 dəqiqə 59.72 saniyə nəticə ilə U-18 yaş kateqoriyasında bu növ üzrə Azərbaycan rekordunu yeniləyib.

Federasiyadan rekordun təsdiqlənmə prosesində olduğu bildirilib.

Mənbə: oxu.az

Seçilən
3
8
oxu.az

10Mənbələr