AZ

"Azərişıq" yaranmasının 10-cu ildönümünü qeyd edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı təqdim olunub.
Oxu.Az həmin videoçarxı təqdim edir:
Xatırladaq ki, "Azərişıq" ASC-nin tarixi Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şosesi üzərindəki "Bakinski dok"da quraşdırılıb. Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə, cərəyan alman istehsalı olan "Algemayne" sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatdı.
Bakı elektrik şəbəkəsi 1920-ci ildən etibarən aşağıdakı qurumların tərkibində fəaliyyət göstərib:
- 1929-cu ilə qədər Azneftin "Elektrotok" idarəsinin tərkibində olub;
- 1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə BaŞEŞ Bakı şəhər sovetinin tərkibinə verilib;
- Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1963-cü ildə "Azərenerji" Nazirliyinin tərkibinə verilib;
- 1969-cu ildən 2000-ci ilə qədər Bakı şəhər İcraiyyə Komitəsinin Bakı şəhər İcra hakimiyyətinin tərkibində olub;
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 14.06.2000-ci ildən 02.01.2002-ci ilə qədər "Bakıelektrikşəbəkə" ASC kimi İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilib;
- 02.01.2002-ci ildən 03.07.2006-cı ilə qədər Türkiyənin "Barmek Holdinq A. Ş." şirkəti tərəfindən idarə edilib;
- Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2006-cı il tarixli Sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. 
Seçilən
14
6
oxu.az

7Mənbələr