Startı yanvarın 24-də verilən Argentina çempionatında son 8 gündə iki turun oyunları keçirildi. Turnirin yeni mövsümünün əvvəli diqqəti daha çox sürpriz nəticələrlə cəlb edir.
Bu baxımdan ötən mövsümün mükafatçılarının uğursuz startı ilk növbədə vurğulanmalıdı. 2024-cü ilin dekabrında 11 illik fasilədən sonra 11-ci çempionluğuna qovuşan “Veles Sarsfild”in bayramı heç də uzun sürmədi. Görünür, Qustavo Kinterosun “Qremio”ya yollanması komandanı oyun planında çox geri salıb. Paytaxt klubunun rəhbərliyinin boliviyalı mütəxəssisə xələf seçdiyi Sebastyan Domingesin debütü uğursuz alınmışdı: “Veles” ilk turda “Tiqre”dən səfərdə üç cavabsız top buraxmışdı. Son çempion növbəti ev oyununda “Platense”yə son dəqiqələrdə buraxdığı yeganə qolla uduzdu. Paytaxt komandası 3-cü turun səfər matçında “İnstituto”ya 0:2 hesabıyla məğlub oldu. İlk 3 oyunda nə xal qazanan, nə də qol vuran “Veles Sarsfild”in yeni mövsümdə məğlubiyyətləri sıralayan 4 komandadan biri olacağı heç kimin ağlına belə gələ bilməzdi. Amma fakt budu ki, son çempion hazırda B qrupunda 14-cü yeri tutur!
“Talyeres de Kordoba” da yeni mövsümə uğursuz start verib. Dekabrda Aleksander Medina ilə gümüş medallara sahib olan komanda ilk turun səfər oyununda “San Lorenso”ya minimal hesabla məğlub olmuşdu. Kordobalılar növbəti matçda “İndependyente”yə evdə 2:3 hesabıyla uduzdular. “Qodoy Krus”a qarşı səfər oyunu isə yarımçıq qaldı. Belə ki, matç hesab 0:0 olarkən fasilə ərəfəsində yan xətt hakiminin tribunadan atılan yad əşya nəticəsində başından xəsarət almasına görə dayandırıldı. Yerli futbol təşkilatı Mendosada keçirilən matçla bağlı qərarını təhqiqat sona çatandan sonra verəcək. Hələlik isə iki oyunda xal qazana bilməyən “Talyeres de Kordoba” B qrupunda 13-cü yerdədi.
Son mövsümün bürünc mükafatçısı “Rasinq” ilk turda azarkeşlərini “Barrakas Sentral” üzərində qələbə (3:1) ilə sevindirmişdi. Qustavo Kostasın komandası növbəti matçda “Belqrano”ya qalib gəldi (4:0), amma “Estudiantes”ə məğlub oldu (0:2). İki oyuna 6 xal qazanan “Rasinq” A qrupunda 5-ci yeri tutur. Bu qrupda hərəyə 7 xal yığan “Estudiantes”, “İndependyente Rivadaviya” və “Arxentinos Xuniors”un şərikli liderliyi formalaşıb.
B qrupunda isə “İndependyente” vahid liderdi. Xulio Vakkarinin komandası yeni mövsümdə çempionatın xal itirməyən yeganə iştirakçısıdı.
Ötən mövsümün uğursuzları sırasında olan ölkə nəhəngləri isə azarkeşlərini ilk turlarda çox da sevindirə bilməyiblər. Maraqlıdı ki, həm “Boka Xuniors”, həm də “River Pleyt” 3 oyuna 5 xal qazanıb. “Boka” A qrupunda 9-cu, “River” isə B qrupunda 6-cı yeri tutur.
qrup mərhələsi, 2-ci tur
Veles Sarsfild - Platense 0:1
Maynero, 90+3.
Talyeres de Kordoba - İndependyente 2:3
Vera, 4-öz qaısına. Dipyetri, 85 – X.Rodriges, 17-öz qapısına. Spörle, 38. Kabral, 90+1.
Rasinq - Belqrano 4:0
A.Martines, 20; 68. Vyetto, 62. Balboa, 82.
River Pleyt - İnstituto 1:0
Montyel, 90.
Union - Boka Xuniors 1:1
Fraqapane, 90+2 – Saraççi, 5.
Atletiko Urakan - Estudiantes 0:0
İndependyente Rivadaviya - Barrakas Sentral 0:0
Rosario Sentral - Lanus 2:1
Kampas, 10. Malkorra, 38-p. – Bou, 84.
Ximnasiya - San Lorenso 0:2
Vomberqar, 74. Kesçini, 83.
Banfild - Nyuellz Old Boyz 3:0
Nasif, 30-p.; 55. Alanis, 45+3.
Aldosivi - Defensa y Xustisiya 0:5
Molinas, 4; 49. Tonyi, 25. Miritelyo, 68. Osorio, 84.
Arxentinos Xuniors - Tiqre 1:0
A.Rodriges, 20.
Sarmyento - Qodoy Krus 0:0
Deportivo Riestra - San Martin San Xuan 0:0
Sentral Kordoba - Atletiko Tukuman 2:0
Erediya, 24. İ.Qomes, 55.
3-cü tur
İnstituto - Veles Sarsfild 2:0
Lodiko, 43. Batalyini, 51.
Estudiantes - Rasinq 2:0
Askasibar, 34. Neves, 58.
San Lorenso - River Pleyt 0:0
Boka Xuniors - Atletiko Urakan 2:1
Kavani, 19. S.Palasios, 68 – Pelleqrino, 30.
İndependyente – Ximnasiya 2:0
Avalos, 10-p. Anqulo, 81.
Arxentinos Xuniors - Platense 1:0
Qodoy, 90+2.
San Martin San Xuan - Rosario Sentral 0:0
Barrakas Sentral - Banfild 1:0
Xappert, 18.
Lanus - Sarmyento 2:0
Moreno, 5. Salvio, 23.
Nyuellz Old Boyz - Aldosivi 1:0
Maroni, 28.
Defensa y Xustisiya - Sentral Kordoba 2:1
Tonyi, 65; 79 – Anqulo, 63.
Tiqre - Union 1:0
Pas, 42.
Belqrano - İndependyente Rivadaviya 0:3
Vilya, 7-p.; 45+2. L.Qomes, 17.
Atletiko Tukuman - Deportivo Riestra 0:3
Sansotre, 38. X.Errera, 69. Alonso, 78.
“Qodoy Krus” – “Talyeres de Kordoba” oyunu hesab 0:0 olarkən fasilə ərəfəsində dayandırılıb.
A qrupu
1. Estudiantes 3 2 1 0 5-1 7
2. İndependyente Rivadaviya 3 2 1 0 4-0 7
3. Arxentinos Xuniors 3 2 1 0 2-0 7
4. Defensa y Xustisiya 3 2 0 1 7-2 6
5. Rasinq 3 2 0 1 7-3 6
6. Banfild 3 2 0 1 4-1 6
7. Tiqre 3 2 0 1 4-1 6
8. Sentral Kordoba 3 2 0 1 4-2 6
9. Boka Xuniors 3 1 2 0 3-2 5
10. Barrakas Sentral 3 1 1 1 2-3 4
11. Nyuellz Old Boyz 3 1 0 2 1-4 3
12. Atletiko Urakan 3 0 2 1 2-3 2
13. Union 3 0 1 2 2-5 1
14. Belqrano 3 0 1 2 1-8 1
15. Aldosivi 3 0 0 3 0-7 0
B qrupu
1. İndependyente 3 3 0 0 7-3 9
2. Deportivo Riestra 3 2 1 0 5-0 7
3. Rosario Sentral 3 2 1 0 5-1 7
4. San Lorenso 3 2 1 0 3-0 7
5. İnstituto 3 2 0 1 5-1 6
6. River Pleyt 3 1 2 0 2-1 5
7. Platense 3 1 1 1 2-2 4
8. Lanus 3 1 0 2 3-4 3
9. Atletiko Tukuman 3 1 0 2 1-5 3
10. San Martin San Xuan 3 0 2 1 0-1 2
11. Sarmyento 3 0 1 2 1-4 1
12. Qodoy Krus 2 0 1 1 0-3 1
13. Talyeres de Kordoba 2 0 0 2 2-4 0
14. Veles Sarsfild 3 0 0 3 0-6 0
15. Ximnasiya 3 0 0 3 0-7 0
Bombardirlər: Avalos (İndependyente), A.Martines (Rasinq), Nasif (Banfild), Tonyi (Defensa y Xustisiya) - 3.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta