"Xüsusilə dəhşətli olan isə, son dörd ildə elan edilən hər bir təhsil və araşdırma qrantının bir şəkildə DEI siyasətinə uyğun olmağı tələb etməsidir", - milyarder X sosial şəbəkəsində yazıb.
Bundan əlavə, DOGE rəhbəri, onun sözlərini şərh edən və belə qrantların verilməsinin nəticələrini başa düşməyən insanlara cavab olaraq bildirib: "Hökumət DEI-ni hər şeyə zorla daxil etdi. Bir çoxları bunun nəticələrini anlamır".
Xatırladaq ki, Trump inaqurasiya mərasimində etdiyi çıxışında ABŞ-ın yalnız "kişi" və "qadın" mövcudluğunu qəbul edəcəyini bildirmişdi. O gün həmçinin, gender ideologiyasından və "cinsin dəyişməzliyindən" imtina edən fərman imzalayıb.
Sonradan Trump, ABŞ ordusunun islahatlarına dair dörd fərman imzalayaraq, o cümlədən transgender* əsgərlərə və inklüzivlik proqramlarına qadağa qoymuşdu.