AZ

Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub - XİN

Bakı. Trend:

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizmkomitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycanagirişinə qadağa qoyulub.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyinin mətbuat katibi Ayxan Hacızadənin RusiyaFederasiyasının Dövlət Dumasının deputatının Azərbaycan əleyhinəfikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı şərhindəbildirib.

"Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizmkomitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycanvə xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşıtəhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir.

Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onunadı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərinsiyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağaqoyulub.

Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasınındeputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrəilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanınsuverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən RusiyaFederasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə işKomitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsikomitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda“arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib", - obildirib.

Seçilən
37
49
az.trend.az

10Mənbələr