AZ

Ərdoğan: Yeni dünya düzəni yaradılmalıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2 milyarddan çox insanı olan İslam dünyasının maraqlarını nəzərə alan yeni dünya düzəninin yaradılmasının zəruriliyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Ədalətin olmadığı yerdə sülh, əmin-amanlıq və bəşəriyyətin inkişafı ola bilməz. 2 milyarddan çox əhalisi olan İslam dünyasının təmsil olunmadığı ədalətli sistem ola bilməz", - deyə o bildirib.

"İqtisadiyyat, diplomatiya, ticarət, təhlükəsizlik problemlərini həll etmək üçün yeni anlayışa və yeni dünya nizamına ehtiyacımız var. Ədalətli, əməkdaşlıq və etimada əsaslanan sistemin qurulması üstünlük deyil, zərurətdir".

Seçilən
5
1
operativmm.az

2Mənbələr