AZ

Donald Tramp Qəzzanı satın almaqda israrlıdır

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Qəzzanı satın almağa və ona sahib olmağa sadiqdir, lakin digər Yaxın Şərq dövlətlərinə müharibə nəticəsində dağılmış ərazilərin bir hissəsini bərpa etməyə icazə verə bilər.

“Mən Qəzzanı satın almaq və ona sahib olmaq ideyasının tərəfdarıyam. Yenidənqurma işlərinə gəlincə, biz onun hissələrini tikmək üçün onu digər Yaxın Şərq dövlətlərinə təhvil verə bilərik. Başqa insanlar bunu bizim himayəmiz altında edə bilər. Amma biz ona sahib olmaq, götürmək və əmin olmaq niyyətindəyik ki, HƏMASbir də bura geri qayıda bilməyəcək”, Tramp deyib. “Ora qayıtmaq üçün heç nə yoxdur. Ora tamamilə sökülməlidir. Hər şey söküləcək”, – prezident qeyd edib.

Tramp həmçinin bəzi fələstinli qaçqınların ABŞ-a daxil olmasına qarşı olmayacağını, lakin bu cür müraciətlərə ayrı-ayrılıqda baxılacağını bildirib.
HƏMAS Siyasi Bürosunun üzvü Ezzat Əl-Rəşk Trampın Qəzzanı almaq və ona sahib çıxmaqla bağlı son şərhlərini pisləyib: “Qəzza alınıb-satılan bir mülk deyil. O, işğal altındakı Fələstin torpaqlarının ayrılmaz hissəsidir. Fələstinlilər köçkünlük planlarına müqavimət göstərəcək”.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr