AZ

Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına RƏSMİ CAVAB 

Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü narkotik dərmanların paylanılması ilə bağlı iddialar yayılıb. 


Bununla əlaqədar valideyn qruplarında çoxsaylı məlumatlar paylaşılır.


İddialara əsasən, azyaşlılar ayı balası formasında olan rəngli konfetlər vasitəsilə aldadılır.


Məlumatlarla əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirdi ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir: 


“Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb”.


Seçilən
71
22
referans.az

10Mənbələr