AZ

Avropada qazın qiyməti iki illik maksimumu yenilədi

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2023-cü il fevralın 8-dən ilk dəfə olaraq 620 ABŞ dollarını ötüb.

Yenicag.az xəbər verir ki, 8 fevral tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 620,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (597,7 dollar) ilə müqayisədə 3,8% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb./apa

Seçilən
12
15
yenicag.az

10Mənbələr