Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun finalına yüksəlib. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda" yarımfinalda "Fatum" klubu ilə qarşılaşıb.
Cütün ilk görüşündə 3:1 hesbı ilə qələbə qazanan voleybolçumuzun komandası cavab matçına da yaxşı başlayıb. Doğma meydanda baş tutan bu görüşdə Ayşən və rəfiqələri quru hesablı qələbə qazanıblar - 3:0 ().
Beləliklə, yarımfinalın hər iki görüşündə qələbə qazanan "Vasas Obuda" Macarsıtan kubokunun finalına yüksələrək titulunu qorumaq imkanı əldə edib.
Komandasının finala yüksəldiyi bu oyunda millimizin və "Vasas Obuda"nın kapitanı dörd xal qazanıb. Əvəzetmə ilə oynayan Abduləzimova üç dəfə hücumda, bir dəfə eyslə fərqlənib.