Azərbaycanın işğaldan azad olunmuş Ağdərə rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı başlayır.
İlk köç rayonun Həsənriz kəndinə olacaq.
Adıçəkilən yaşayış məntəqəsində təmir-bərpa işləri yekunlaşıb, zəruri infrastruktur yaradılıb.
Həsənrizə köçürüləcək sakinlərə evlər yaxın günlərdə püşkatma yoluyla paylanılacaq.
Qeyd edək ki, Ağdərə rayonu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində rayon işğaldan azad edilib.
1992-ci ildə ləğv edilən Ağdərə rayonu 2023-cü ildə inzibati ərazi vahidi kimi yenidən bərpa olunub.
Teleqraf