AZ

İsraillə Misir arasında gərginlik: Səbəb bəllidir

İsrailin baş naziri Benyamin Netanyahu Misirin fələstinlilərin Qəzzanı öz istəyi ilə tərk etməsinə mane olduğunu iddia edib. Qahirə Netanyahunun bu iddiasına sərt reaksiya verib.

Publika.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi bu iddiaların Tel-Əvivin fələstinlilərə qarşı qanun pozuntularını ört-basdır etmək məqsədi daşıdığını bildirib.

Misirin İsrailin Qəzzaya hücumları başlayandan bəri bölgəyə təcili humanitar yardım göstərmək üçün intensiv səylər göstərdiyi qeyd olunub. Nazirlik Fələstin xalqının məcburi köçkün edilməsinə dair hər hansı planı qəti şəkildə rədd etdiklərini vurğulayıb.

Həmçinin Fələstin xalqının öz torpaqlarına bağlılığının dəstəkləndiyi, fələstinlilərin yaşadıqları bütün çətinliklərə baxmayaraq qanuni haqlarını müdafiə etməyə davam etdikləri qeyd olunub.

Seçilən
4
publika.az

1Mənbələr